إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ölkədəki bütün məscidlərə cəbhədə şəhid olanlarla bağlı göstəriş verilib

Qafqaz Müsəlmanları İdarəsində Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyilə aprelin 4-ü din xadimlərinin birgə iclası keçirilib.

Ahlibeyt.az-ın QMİ-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şeyxülislam son günlər cəbhə xəttində baş verən hadisələr zamanı şəhid olmuş həmvətənlərimizin ruhuna rəhmət diləyib.


O bildirib ki, bu günlər Azərbaycanın bütün məscidlərində şəhidlərimizin əziz xatirəsinə dualar oxunur, ruhları yad edilir, yaralıların tezliklə sağalması dilənir.


QMİ sədri bildirib:


“Ərazilərimizin Azərbaycan Silahlı Qüvvələrinin apardığı uğurlu əməliyyatlar sayəsində işğaldan azad edilməsi hadisəsinin, dövlət başçısının xalqımızı bu münasibətlə təbrik etməsinin olduqca böyük önəm kəsb edir. Xalqımızın bu mənəvi əhəmiyyət kəsb edən hadisədən qürur və şərəf duymalı olduğunu xüsusi vurğulayıram”.

Ali Baş Komandanın cəbhədəki erməni təxribatı ilə bağlı qətiyyətli  mövqeyini din xadimlərinin birmənalı şəkildə dəstəklədiklərini bildirən QMİ sədri həmin fikirlərin məscidlərdə, dini tədbirlərdə təbliğ olunmasının vacibliyini bildirib.


Şəhidlərimizin layiqli şəkildə dəfni və dini vacibatlarının yerinə yetirilməsi ilə bağlı QMİ-nin nəzdində aprel ayının 2-dən etibarən xüsusi komissiya-qərargahın yaradılması ilə bağlı məlumat verən Şeyxülislam A.Paşazadə deyib ki, paytaxtda və bölgələrdəki məscidlərə, qazılara, axundlara şəhidlərin şəninə uyğun şəkildə şəri məqamları yerinə yetirilmək tapşırılıb. İdarə rəsmiləri və yerlərdəki səlahiyyətli nümayəndələr bu işə nəzarəti həyata keçirəcəklər.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Aprel, 2016  10:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!