|
Dini ekstremizmə qarşı əməliyyatlar zamanı qaz və elektrik enerjisinin verilməsi dayandırılacaqDini ekstremizm əleyhinə xüsusi əməliyyatlar zamanı elektrik enerjisi və qazın verilməsi dayandırılacaq Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, Nazirlər Kabinet “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edib. Dəyişikliyə əsasən istehlakçılara elektrik enerjisinin verilişinin dayandırılması şərtləri artırılıb. Bundan sonra dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan orqanların Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıracaq. Qeyd edək ki, bundan əvvəl Nazirlər Kabineti 26 fevral 2016-cı il tarixli qərarı ilə “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaları”nda dəyişiklik edib. Dəyişikliyə əsasən Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar zamanı qazın verilməsi də dayandırılacaq. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Aprel, 2016 14:28 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |