|
|
KİV: Cəbrayıl rayonunda ermənilərin bütöv bir bölüyü məhv edilibGecə saatlarından Ermənistan və Azərbaycanın təmas xəttində vəziyyətin gərginləşməsi nəticəsində erməni ordusu işğal altında olan Cəbrayıl rayonunda çoxlu sayda itki verib - Erməni tərəfinin bütöv bir bölüyü məhv edilib, 50 nəfərin taleyi məlum deyil, tağımın hüquqşünası ölüb. Ahlibeyt.az Report-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya KİV-lərinə, həmçinin bilavasitə hərbi əməliyyatlar zonasında olan və döyüşlərdə iştirak edən şahidlərə istinadən Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, hərbi hissələrdən birinin əsgərləri hissəni tam olaraq tərk ediblər. Hadisə şahidlərindən birinin verdiyi xəbərə görə, onların olduğu ərazidə çoxlu sayda vurulmuş maşın və 6 nəfərin meyiti olub. Orada olan bütün giriş yolları intensiv artilleriya atəşinə məruz qalır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Aprel, 2016 21:40 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |