|
|
Gündüz İsmayılov: "Azərbaycan dinlərarası dialoqun təbliği və təşviqi istiqamətində uğurlu siyasət aparır“Azərbaycan dinlərarası dialoqun tolerant və multikultural dəyərlərin beynəlxalq aləmdə təbliği və təşviqi istiqamətində ötən əsrin 90-cı illərindən etibarən ardıcıl uğurlu siyasət aparır”. Ahlibeyt.az-ın məlumatına görə,belə bir açıqlama ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Salamnews-a bildirib ki, bu siyasəti zaman etibarı ilə iki dövrə bölmək olar: “Ötən əsrin 90-cı illərindən 2000-ci ilin əvvəllərinə qədər olan dövr və ondan sonrakı dövr. Azərbaycan birinci dövrdə beynəlxalq aləmdə dinlərarası dialoqun, tolerant və multikultural dəyərlərin təbliği və təşviqi istiqamətində gedən proseslərin aktiv iştitakçısı idi. İkinci mərhələdə isə bu prosesin aktiv iştirakçısından aktiv təşkilatçısına, hətta deyərdim ki, lokomotivinə çevrildi. Çünki birinci dövrdə bizim iqtisadi çətinliklərimiz var idi və beynəlxalq nüfuzumuz o qədər güclü deyildi. Amma sonrakı dövrdə iqtisadi potensialımız və beynəlxalq nüfuzumuz imkan verdi ki, biz bu prosesdə aktiv iştirakçıdan aktiv təşkilatçıya çevrilək”. Komitə rəsmisi deyib ki, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Azərbaycanda keçirilməsi bu həqiqəti bir daha təsdiqləyir: “Forumun Bakıda keçirilməsi həm də onu göstərir ki, Azərbaycan bu sahədə əhəmiyyətli və nümunəvi ölkədir və beynəlxalq ictimaiyyət bu həqiqəti qəbul edir. Bu, həm də Azərbaycan təcrübəsinin beynəlxalq aləmdə yayılması və beynəlxalq nüfuzumuzun güclənməsi baxımından önəmlidir”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Mart, 2016 17:07 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |