|
Belə addımın atılması cəmiyyətə qarşı hörmətsizlikdir - Hacı Şahin HəsənliBir ölkənin ayaqda durması, iqtisadi qüdrətinin olması üçün vergi verməli olanların, xüsusilə sahibkarların vergi ödəməsi əsas şərtlərdəndir. Bununla bağlı ölkəmizdə kifayət qədər təbliğ aparılır və qəsdən vergidən yayınanlar haqqında inzibati, hətta ağır cəza tədbirləri də görülür. Lakin bəzən sələfilər tərəfindən vergi verməyin əleyhinə təbliğat aparılır və vergidən yayınmağa şərait yaradan "fətva"lar da verilir. Məsələnin ciddiliyini nəzərə alaraq, İslamazeri.az İnternet Qəzeti "Məşhədi Dadaş" məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənlidən vergi mövzusunda müsahibə alıb. Müsahibəni təqdim edirik: Hacı, şəriətə görə vergidən yayınmaq olarmı? - Şəriətimizə əsasən, insan yaşadığı ölkənin qanunlarına, cəmiyyətin adətlərinə hörmət etməlidir. Bu insanların birgə yaşaması üçün zəruri məsələdir. Vergilər də istənilən dövlətin, cəmiyyətin sabitliyi, müstəqilliyi və inkişafı üçün əsas amillərdəndir. Bəzən sələfilərin şeyxlərindən vergidən yayınmağa izin verən "fətva"lar verilir, buna münasibətiniz? - Belə addımın atılması cəmiyyətə qarşı hörmətsizlikdir. Hamı dövlət büdcəsinə öz töhfəsini verir, sonra həmin büdcə hesabına sosial layihələrdən, infrastrukturdan və digər imtiyazlardan faydalanır. Insaflı insan vergidən yayınıb həmin imtiyazlardan faydalana bilərmi? Həmin pullarla çəkilən yollarla hərəkət edib, həmin pullarla tikilən parklarda gəzib, kommunal xidmətlərdən istifadə edə bilər? Ən azı vicdan buna imkan verməməlidir.
Vergi dövlətin ayaqda durması üçün əsas şərtdir, inanclı təbəqəyə vergi ödəməsilə bağlı maarifləndirici hansı tədbirləri görmək olar, belə bir addım atılıbmı? - Düşünürəm bu məsələdə vətəndaşlar arasında fərq qoymağa ehtiyac yoxdur. Xalqımızın əksəriyyəti inanclıdır və dövlətini sevir. Sadəcə insanlara izah edilir ki, vergidən yayınma digər insanların haqqının yeyilməsi anlamına gəlir. Bu isə, Allah qarşısında da məsuliyyət yaradır. Son olaraq müsəlman xums və zəkat verir, sizcə vergi və xums-zəkat arasında təzad olmaması üçün nə etmək olar? - Zatən belə bir təzad yoxdur. Onların həm hesablanma mexanizmi, həm məsrəf məqsədləri fərqlidir. Xüms əsasən dini maarifin yayılmasına, zəkat isə müsəlmanların icma olaraq sosial problemlərinə yönəldilir. Təşəkkür edirik... - Buyurun.
Ahlibeyt.az Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Mart, 2016 09:45 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |