|
Mübariz Qurbanlı: "Əlixan Musayevin çağırışları ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır”Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıdakı İlahiyyat və Qaraçuxur məscidlərində “Suriya cihadı” adlı təbliğatla bağlı yayılan xəbərlərə, o cümlədən Əbubəkr məscidinin keçmiş imamının müavini olmuş Əlixan Musayevin eyni məzmunlu səs yazısına münasibət bildirib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,M.Qurbanlı APA-ya açıqlamasında bildirib ki, bir çox məscidlərdə axund və imamlar rəsmi təyin edilən şəxslər olduğuna görə onların xütbələri xüsusi hazırlanmış kitablardakı mövzuları əhatə edir: "Bəzi məscidlərdə müəyyən radikal qruplar ibadətdən sonra ya məsciddə, ya da kənarda öz aralarında hansısa söhbətlər aparırlarsa, bu, artıq qeyri-rəsmi təşviqat adlanır. Amma buna qarşı da mübarizə aparılır. M. Qurbanlı Əlixan Musayevin yayılan səs yazısına, onun Suriyada döyüşənləri şəhid adlandırmasına və çağırışlarına da münasibət bildirib: “Əvvəla, şəhid öz torpağı, vətəni uğrunda ölənlər olur. Bizim çoxlu əsgərlərimiz, oğul və qızlarımız var ki, vətən uğrunda şəhid olublar. Məsələn, Mübariz İbrahimov. Suriyada, İraqda radikal qrupların tərkibində vuruşub həlak olanlara şəhid deyən adamın özü həmin radikal qruplarla eyni fikirdədir. Bu, yolverilməzdir. Belə fikirlər səsləndirən adamlar İslama aid olmayan, İslamı parçalanmaya sövq edən adamlardır. Əlixan Muüsayev və onun kimi adamların bu cür çağırışları ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır”. M. Qurbanlı onu da əlavə edib ki, səs yazısı komitə tərəfindən də araşdırılacaq: “Bizim eskpertiza bunu araşdıracaq və ekspertizanın nəticəsində biz aidiyyəti orqanlara müraciət göndrəcəyik”. Xatırladaq ki, bir neçə gün öncə sosial media və bəzi KİV-də Vəhhabi(Sələfi) təriqətinin ardıcıllarının liderlərindən biri sayılan Ə.Musayevin Suriyada baş verən hadisələr və oradakı terror qrupları sıralarında vuruşan Azərbaycan vətəndaşları barədə fikirləri əks edilən səs yazısı yayılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Mart, 2016 14:59 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |