|
|
MN: Ermənistanın terrorçu fəaliyyətinin qarşısının alınması üçün bütün tədbirlər görüləcək Silahlı Qüvvələrimiz silahlanmada olan istənilən vasitələri tətbiq etməklə, qoşunların təmas xətti boyu Ermənistanın terrorçu fəaliyyətinin qarşısının alınması üçün bütün tədbirlər görüləcək.
Ahlibeeyt.az-ın məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir:
“ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin atəşkəs rejiminə ciddi şəkildə əməl edilməsi çağırışının Azərbaycan Müdafiə Nazirliyi tərəfindən dərhal müsbət qəbul olunmasına baxmayaraq, Ermənistan tərəfi vasitəçilərin sülh təşəbbüslərini həmişəki kimi əks-reaksiya verməklə qarşılayıb.
Ermənistan Müdafiə Nazirliyinin atəşkəs rejiminə Ermənistan sərhədləri daxilində ciddi şəkildə əməl edəcəyi" fikri, faktiki olaraq hazırda işğal altında olan torpaqların ilhaqı kimi qələmə verilməsindən başqa bir şey deyil. Bunu nəzərə alaraq, Müdafiə Nazirliyi beynəlxalq qurumları erməni tərəfinin bu hərəkətinə müvafiq qiymət verməyə çağırır və bildirir ki, Silahlı Qüvvələrimiz silahlanmada olan istənilən vasitələri tətbiq etməklə, qoşunların təmas xətti boyu Ermənistanın terrorçu fəaliyyətinin qarşısının alınması üçün bütün tədbirləri görəcək”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Mart, 2016 14:02 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |