|
“İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları” mövzusunda Beynəlxalq Simpozium keçiriləcək15-16 iyul 2016-cı il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası(AMEA))-nın Mərkəzi Elmi Kitabxanasında Ədəbiyyat və Folklor institutlarının birgə təşkilatçılığı ilə “İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları” mövzusunda Beynəlxalq Simpozium keçiriləcək. Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə,İslam coğrafiyasını əhatə edəcək simpoziumda bu coğrafiyada yaşayan xalqların ənənəvi mədəniyyəti, mərasim folkloru, oyun və tamaşalarının müxtəlif aspektləri müzakirə ediləcək. Tədbirdə “İslam coğrafiyasında və Azərbaycanda xalq oyunlarının kökləri, yazılı abidələrdəki izləri və ənənəvi mədəniyyətdəki yeri”, “İslam coğrafiyasında oxşar oyunlar və onların təsviri”, “Xalq oyunları və meydan tamaşaları müxtəlif mədəniyyətlərin dialoqu kontekstində”, “İslam ölkələrində mərasim folklorunun aktual problemləri”, “Oyun personajlarının tipologiyası”, “Müasir cəmiyyətdə sosial-mədəni proseslər və xalq oyunları”, “Xalq oyunlarının elektron resurslarının yaradılması” və s. mövzularda məruzələr dinləniləcək. Simpoziumda iştirak etmək istəyənlər məqalə və tezislərini mayın 30-dək Təşkilat Komitəsinə göndərə bilərlər. Təşkilat Komitəsinin ünvanı: Bakı şəh., İçərişəhər, 8-ci Kiçik Qala döngəsi, 31. AMEA Folklor İnstitutu Əlaqə nömrəsi: (+99412) 492 93 14 E-mail: oyunvetamasalar@gmail.com
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Mart, 2016 10:11 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |