|
|
Cənub bölgəsinin tanınmış ruhanisi Hacı Mirəziz Ağa Talıblı vəfat edib (FOTO)Ötən gün vəfat edən Cənub bölgəsinin tanınmış ruhanilərindən olan Hacı Mirəziz Ağa Talıblı bu gün Cəlilabad rayonunda torpağa tapşırıldı.
Ahlibeyt.az-ın Maide .az-a istinadən məlumatına görə,dəfn mərasimində ölkənin müxtəlif yerlərindən din xadimləri, ruhanilər, o mərhumun şagirdləri və Cəlilabad rayonu və ətraf rayonlardan o cümlədən Masallı,Lənkəran, Yardımlı, Bİləsuvar rayonlarından mərhumu sevənlər iştirak ediblər.
Qeyd edək ki, Hacı Mirəziz Ağa Seyid Qüdrət oğlu Talıblı 1942-ci ildə Yardımlı rayonunun Böyük Şıxlar kəndində anadan olmuşdur. 1960-cı ildə həmin kəndin məktəbində yeddi illik təhsilini başa vurduqdan sonra, Cəlilabad rayonunun Həziabad kəndinə yollanmış, Hacı Mirəyyub Ağadan Quran qiraətini öyrənmişdir. 1961-ci ildən 1964-cü ilədək Biləsuvar rayonunda yaşamış, Molla Hüseyndən ərəb dili sintaksisi və morfologiyasını (sərf və nəhv elmlərini) öyrəndikdən sonra, 1964-cü ildə Lerik rayonunun Zenoni kəndinə getmiş və üç il də Nəcəf alimi Molla Qələmdən təhsil almışdır.
1967-ci ildə Masallı rayonunun Çaxırlı kəndinə üz tutmuş Hacı Mirəziz Ağa 1971-ci ilədək “orada Şəraye” və “Şərhi-lümə” kitablarını Şeyx Rəhmətdən dərs almışdır. 1998-ci ildə dünyaya göz açdığı Şıxlar kəndindən Cəlilabad rayonuna köçmüş və oarada məskunlaşmışdır.
Hacı Mirəziz Ağa 1971-ci ildən İslamın təbliği ilə məşğul olmuşdur. Onunla birlikdə onlarla ruhani yetişdirmiş Cənub bölgəsinin tanınmış ruhanisi rəhmətlik Molla Bəylər əmi, Biləsuvar rayonunun tanınmış ruhanisi rəhmətlik Molla Əhməd və bir neçə digər ruhanilər Biləsuvarda rəhmətlik Molla Hüseynin hüzurundan bəhrələnmişlər. Həqiqətən də, Molla Hüseynin yetişdirdiyi tələbələr Sovet dövründə dini qoruyub-saxlaya bilmişlər. Sovet hakimiyyəti dövründə Mirəziz Ağa kimi şəxsiyyətlər sinələrini irəli verib insanlara Allahı tanıtdırmışlar.
Allah Hacı Mirəziz Ağaya rəhmət eləsin!
![]() ![]() ![]() ![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Mart, 2016 17:25 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |