|
Nardaranda Bilik Evi açıldıMartın 15-də Sabunçu rayonunun Nardaran qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nardaran Bilik Evinin açılış mərasimi olub. Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə, Mərasimdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, 295 nömrəli tam orta məktəbin direktoru, deputat Dilarə Cəbrayılova, 130 nömrəli tam orta məktəbin direktoru Ağasəid Orucov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, Nardaran qəsəbə Rəhiməxanım pirinin axundu Hacı Musa Rza, Fondun əməkdaşları, Nardaran qəsəbə rəsmiləri, yerli ziyalılar və məktəblilər iştirak ediblər. Fondun informasiya təminatı sektorundan bildiriblər ki, ümummilli lider Heydər Əliyevin həyat yolunu əks etdirən fotoguşə ilə tanışlıqla başlayan mərasimdə Milli Məclisin deputatı Dilarə Cəbrayılova Nardaran Bilik Evinin fəaliyyət proqramı haqqında məlumat verib. Nardaranda Bilik Evinin yaradılmasını dövlətin yerli əhaliyə diqqət və qayğısının daha bir nümunəsi kimi dəyərləndirən akademik Kamal Abdullayev bu ocaqda gənclərin və yeniyetmələrin dünyagörüşünün hərtərəfli inkişafı üçün geniş şərait yaradıldığını, müxtəlif kursların təşkil olunacağını, mütəmadi olaraq ədəbiyyat, incəsənət və dövlət xadimləri ilə maraqlı görüşlərin keçiriləcəyini, gənclərə elmi biliklərlə yanaşı, peşə vərdişlərinin də aşılanacağını vurğulayıb. Azərbaycanda tolerantlığın və multikulturalizmin tarixi köklərindən bəhs edən Dövlət müşaviri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı haqqında da iştirakçılara geniş məlumat verib, azərbaycançılıq ideologiyasından söhbət açaraq hər bir gəncin, yeniyetmənin ölkəmizin ümumi inkişaf prosesində danılmaz rolu olduğunu qeyd edib. Kamal Abdullayev yerli ictimaiyyət nümayəndələrinin və məktəblilərin ona ünvanladığı sualları da cavablandırıb. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Bilik Evinin yaradılması münasibətilə Nardaran gənclərini təbrik edib. “Multikulturalizm ili”ndə qarşıda duran vəzifələrdən bəhs edən A.Vəliyev əhalinin maariflənməsində Nardaran Bilik Evinin böyük rol oynayacağına əminliyini bildirib. Tədbir Nardaran məktəblilərinin hazırladığı bədii-musiqili proqramla davam etdirilib. Mirzə Fətəli Axundzadənin “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah” əsərinin motivləri əsasında səhnəcik göstərilib, şagirdlər şeirlər söyləyib, mahnılar oxuyub, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabından parçalar səsləndiriblər. Sonda tədbir iştirakçıları Novruz tonqalı ətrafında yallı gediblər. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Nizamnaməsinə uyğun olaraq, yerlərdə əhalinin maarifləndirilməsi işinin daha da gücləndirilməsi üçün Bilik evləri yaradır. Artıq Oğuz və Qax rayonlarında Bilik evləri fəaliyyət göstərir. Yaxın gələcəkdə Gəncədə, İsmayıllıda və Astarada da belə evlərinin açılması nəzərdə tutulur. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Mart, 2016 16:20 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |