إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Uşaqların sinə vurmaları ilə bağlı açıqlama - VİDEO

“Həmin ayinlərin icrası valideynlərinin birbaşa razılığı ilə həyata keçirilir”.

 


Ahlibeyt.az-ın məlumatına görə,bu sözləri Femida.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, "Məşhədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənli deyib .

Onun sözlərinə görə, uşaqların sinə döymələri normal bir haldır və Azərbaycanda dini matəm mərasimləri bu şəkildə icra olunur:

“Əvvəlcə qeyd edim ki, uşaqlar məscidlərə valideynləri ilə birlikdə gəlirlər. Yəni həmin ayinlərin icrası valideynlərinin birbaşa razılığı ilə həyata keçirilir. Valideyn öz övladına hansı formada tərbiyə verməyi özü seçir. Bu, valideynin hüququdur. Biz həmişə ifratçılığın, radikallığın əleyhinə olmuşuq. Sinəvurma ənənəsi Azərbaycanda tarixən mövcud olub. Azərbaycanın zəngin mərsiyyə ədəbiyyatı var. Bu, bizə yad ənənə deyil. Sinəvurma tarixən bütün məscidlərdə olub. Sinəvurma ənənəsi xüsusi bir anlam kəsb etmir. Hər bir xalq öz adət-ənənəsinə uyğun şəkildə matəm mərasimləri təşkil edir. Azərbaycanda dini matəm mərasimləri bu şəkildə icra olunur. Matəm mərasimləri müxtəlif cür keçirilə bilər. Din bu mərasimlərin hansı formada icra olunmasını insanların ixtiyarına buraxır. Sadəcə olaraq, radikallıqdan, ifratçılıqdan uzaq durmaq lazımdır. Matəm mərasimləri keçirərkən bədənə xəsarət yetirmək, qan çıxarmaq qadağandır”.

Qeyd edək ki, Ötən gün sosial şəbəkələrdə azyaşlıların mərsiyə deyərəkən görüntüləri yayılıb.

Həmin görüntülər "Məşədi Dadaş" məscidində həvəskar kameralar tərəfindən lentə alınıb.  Həzrəti Məhəmmədin(s) qızı Fatimeyi-Zəhranın şəhadət günü ilə bağlı təşkil olunan mərasimdə azyaşlıların sinə döymələri sosial şəbəkələrdə müzakirələrə səbəb olub və bəziləri tərəfindən onların valideyinləri tənqid olunub.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Mart, 2016  15:03 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!