|
Milli Kitabxanada “Qədim tarixi Quran kitabları” adlı sərgisi açılıbMartın 15-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında müxtəlif bölgələrdən toplanmış “Qurani-Kərim” kitablarından ibarət “Qədim tarixi Quran kitabları” adlı sərgi açılıb. Multikulturalizm ili ilə əlaqədar təşkil olunan sərgi Mədəniyyət və Turizm Nazirliyi, Milli Kitabxana və Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin birgə təşəbbüsü ilə reallaşıb. Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə, tədbirdə Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov sərginin əhəmiyyətindən söz açıb. Multikulturalizm ili ilə əlaqədar keçirilən tədbirlərə toxunan natiq vurğulayıb ki, hazırda kitabxanada “Multikulturalizm Azərbaycanın həyat tərzidir” adlı guşə fəaliyyət göstərir. Quranın İslam dininin müqəddəs və ən əsas kitabı olduğunu vurğulayan K.Tahirov 70 il hökm sürən sovet dönəmində insanların dindən uzaqlaşmadığını, hər zaman Tanrıya sitayiş etdiklərini, inanc yeri kimi Qurana and içib sığındıqlarını bildirib. Quran kəlməsinin oxumaq, qiraət mənası daşıdığını və insanları sülhə, ədalətə, mehribanlığa, dostluğa, elmə dəvət edən səmavi kitab olduğunu söyləyib. Tədbirdə Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova çıxış edərək təmsil etdiyi qurumun gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən söz açıb. O, Azərbaycanın bölgələrində qorunan qədim tarixə malik “Qurani-Kərim” kitablarının toplanmasından, Quranın bütün müsəlman əhli üçün vacibliyindən irəli gələrək bu kitabların araşdırılması və qorunması haqqında apardıqları müzakirələrdən, sərginin vacibliyindən danışıb. Bildirib ki, “Qurani-Kərim” Allah-Təalanın qüdrət və əzəmətini, əzəli və əbədi varlıq olmasını tərənnüm edən ilahi bir kitabdır. Tədbirdə çıxış edən digər natiqlər də sərgini yüksək qiymətlədirib və ölkəmizin multikultural dəyərlərindən söz açıblar. Bildirilib ki, ən yüksək mənəvi dəyərləri özündə birləşdirən müqəddəs İslam dinimiz insanların mənən yeniləşməsində və saflaşmasında, cəmiyyətdə əxlaqi meyarların, dostluq və humanizm prinsiplərinin formalaşmasında müstəsna rol oynayır, hər bir cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafı üçün möhkəm zəmin yaradan mənəvi keyfiyyətlər formalaşdırır. Müqəddəs kitabımız “Qurani-Kərim”dən gələn dəyərlər həm də milli ənənələrimizlə birgə min üç yüz ildən artıqdır ki, xalqımızın yüksək mənəvi dünyasını təşkil etməkdədir. Məhz bu xüsusiyyətlərinə görə islam tariximizin müxtəlif dövrlərində bu hikmət kitabı mədəni inkişafımıza, intibahımıza gözəl töhfələr vermişdir. Sonra iştirakçılar sərgi ilə tanış olublar. Sərgidə vaxtilə Şuşa qalasında, Naxçıvanda, Bərdədə və başqa rayonlarda evlərin divarlarına hörülmüş, quyularda gizlədilmiş “Quran” kitabları nümayiş etdirilib. Üç gün davam edəcək sərgidə təqdim olunan Quran kitablarının tarixi əsrləri adlayır.
Fotolar Apa.az-a məxsusdur
!
Закрытая информация, только для зарегистрированных пользователей! Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Mart, 2016 14:29 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |