|
Balakən şəhəri “Mərkəzi Cümə Məscidi” dini icması maarifləndirici tədbir keçiribMartın 14-də Balakən şəhəri “Mərkəzi Cümə Məscidi” dini icmasının həyata keçirdiyi “Cəmiyyətimizin radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində Balakən şəhərində “Gənclərdə sağlam dini təfəkkürün formalaşdırılması” mövzusunda tədbir keçirilib. Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə,tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsin Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Aqşin Axundov, Zaqatala şöbəsinin əməkdaşı Elvin Qarayev, Balakən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov və Balakən şəhər məktəblərinin müəllim və şagirdləri, rayonun aktiv gəncləri iştirak ediblər. Layihənin rəhbəri Elşən Poladov çıxışı zamanı İslamı düzgün anlamamağın dini radikalizmə aparan yol olduğunu, İslamı düzgün anlamaq üçün elmə yiyələnməyin vacibliyini vurğulayıb. DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Aqşin Axundov bildirib ki, dini radikalizmin yayılmasına əsas səbəb kimi İslam dini ilə bağlı biliklərin tam olmaması və məlumatsızlıqdır. A.Axundov radikal dini fikirlərlə mübarizə aparmağın maarifləndirmə, priventiv (qabaqlayıcı tədbirlərin həyata keçirilməsi), profilaktik (yanlışlıq barədə məlumatlandırma) və inzibati metod kimi əsas metodlarını sadalayıb. Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini Fariz Nəcəfov çıxış zamanı gənclərə dini radikalizmin mahiyyəti və zərərləri, ona qarşı mübarizə vasitələri haqqında geniş məlumat verib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Mart, 2016 10:53 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |