|
|
"Rəhimə Xanım" ziyarətgahının "Hüseyniyyə" Məscidinin axundunun işi məhkəməyə göndərilibNardarandakı Rəhimə Xanım Ziyarətgahının Hüseyniyyə Məscidinin axundu Hacı Nuhbala Rəhimov barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə Trend-ə təqsirləndirilən şəxs N.Rəhimovun yaxınları məlumat verib. Məlumata görə, N.Rəhimov barəsində istintaqı yekunlaşmış cinayət işi baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. Məlumatda o da bildirilir ki, N.Rəhimovla bərabər Nardaran hadisələrində təqsirləndirilən daha bir neçə nəfərin barəsində başlanmış cinayət işi də yekunlaşaraq Sabunçu rayon Məhkəməsinə göndərilib. Qeyd edək ki, N.Rəhimov ötən il dekabrın 7-də Nardaran qəsəbəsində Hüseyniyyə Məscidində saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb və Sabunçu rayon Məhkəməsinin qərarı ilə barəsində 12 sutkalıq inzibati həbs qərarı çıxarılmışdı. Daha sonra N.Rəhimov haqqındakı inzibati həbs tədbiri 4 aylıq qəbs-qətimkan tədbirinə dəyişdirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Mart, 2016 14:51 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |