إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icması maarifləndirici tədbir keçirib(Foto)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) dəstəyi ilə Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının həyata keçirdiyi “Dini fanatizm və ekstremizm: multikultural cəmiyyət üçün təhlükə” layihəsi çərçivəsində mart ayının 9 –da Göyçay şəhərində “Dini ekstremizm və onunla mübarizə üsulları” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidində təşkil olunmuş tədbirdə Məscidin axundu,dini icmanın sədri, DQİDK Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, , QMİ-nin Göyçay və Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Rəsul Kazımov, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının sədri Rəsul Kazımov layihə çərçivəsində həyata keçiriləcək maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.

Tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev dini ekstremizmə qarşı mübarizə üsullarından biri kimi düzgün dini maarifləndirmənin əhəmiyyətindən bəhs edib. Ə.Rəfiyev, İslam dininin müqəddəs təməl qaynaqlarında radikallığa və ekstremizmə deyil, daim mötədilliyə bir çağırışın olduğunu diqqətə çatdırıb.

Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidinin axundu Ramin Rəhimov çıxış edərək mövzu ilə bağlı öz fikirlərini iştirakçılarla bölüşüb.

Çıxış edən natiqlər Azərbaycanda tarixən dini tolerantlıq mədəniyyətinin yüksək səviyyədə olduğunu, dini ekstremizmə qarşı mübarizədə düzgün dini maarifləndirici tədbirlərin əhəmiyyətini  diqqətə çatdırıblar.



Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Mart, 2016  11:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!