|
|
Nizami Gəncəvi adına Qızıl medal müsabiqəsi elan olunubAMEA Rəyasət Heyətinin qərarına əsasən 2016-cı il üçün Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına müsabiqə elan edilib. Ahlibeyt.az-ın AMEA-nın rəsmi saytına istinadla xəbər verir ki, Nizami Gəncəvi adına Qızıl medalla Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə sağlığında təltif edilirlər. Azərbaycan Prezidentinin Fərmanına əsasən bu medalla təltif etmək səlahiyyəti Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinə verilib. Nizami Gəncəvi adına Qızıl medala namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi bölmələri, elmi-tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər. Əlavə məlumat üçün AMEA-nın Elm və Təhsil İdarəsinə müraciət etmək olar. Tel.: (+994 12) 492-59-45; e-mail: eti@science.a
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Mart, 2016 16:48 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |