إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycanla Qətər arasında bir sıra sənədlər imzalanıb

Martın 8-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin geniş tərkibdə görüşü keçirilib.

Ahlibeyt.az-ın Azertac-a istinadən məlumata görə, Azərbaycan Prezidenti İlham ƏLİYEV görüşdə çıxış edərək bildirib:

- Zati-aliləri, əziz qonaqlar

Sizi Azərbaycanda salamlamaq istəyirəm. Sizi ölkəmizdə qəbul etməkdən çox məmnunam. Nümayəndə heyətinizin səfərinə böyük önəm verilir. Əminəm ki, səfəriniz ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirəcək.

Bu gün biz, nümayəndə heyətimizin üzvləri ölkələrimiz arasında sıx əməkdaşlıq üçün yaxşı hüquqi bazanı yaradacaq bir çox sənədləri imzalayacağıq. Mükəmməl siyasi münasibətlərimiz mövcuddur. Beynəlxalq təşkilatlarda, xüsusilə həmişə bir-birimizi dəstəklədiyimiz BMT-də, İslam Əməkdaşlıq Təşkilatında uğurla əməkdaşlıq edirik. Beynəlxalq təşkilatlarda tərəfimizdən irəli sürülmüş təşəbbüslərə dəstək göstərdiyiniz üçün Sizə minnətdarıq.

İqtisadi əməkdaşlığımızın səviyyəsini siyasi əməkdaşlıq səviyyəsinə qaldırmalıyıq və hesab edirəm ki, bu sahədə çoxlu imkanlar mövcuddur. Bu gün imzalanacaq sənədlərdən biri xüsusilə bunun üçün yaxşı baza yaradacaq. Əminəm ki, birgə komissiyanın yaradılması ölkələrimiz arasında iqtisadi və ticari əməkdaşlığı artıracaq. Enerji əməkdaşlığı, turizm, kənd təsərrüfatı, texnologiyalar, daşımalar və investisiya qoyuluşu sahələrində yaxşı imkanlar görürük. Düşünürəm ki, bütün bu sahələr əməkdaşlıq üçün cəlbedicidir.

Görüşdən sonra, Azərbaycan prezidenti İlham Əliyevin Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə təkbətək görüşü olub.

Məlumatına görə, görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edilib. İqtisadi əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb, səfərin münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyi qeyd edilib.

Görüşdən sonra, Azərbaycan prezidenti İlham Əliyevin və Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə Azərbaycan-Qətər sənədlərinin imzalanması mərasimi olub.

Mərasimdə, Azərbaycan Maliyyə Nazirliyi ilə Qətər Maliyyə Nazirliyi,  Azərbaycan Hökuməti ilə Qətər Dövləti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq ,Azərbaycan Hökuməti ilə Qətər Hkuməti arasında təhsil, ali təhsil və elmi tədqiqat sahəsində əməkdaşlıq, Azərbaycan  Ədliyyə Nazirliyi ilə Qətər Ədliyyə Nazirliyi arasında hüquq sahəsində əməkdaşlıq,Azərbaycan  Hökuməti və Qətər Hökuməti arasında diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşlar üçün viza tələblərinin ləğv edilməsi və Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yaradılması haqqında Saziş” imzalanıb.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Mart, 2016  14:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!