|
|
Türkan qəsəbəsi “İmam Hüseyn”məscidi dini icması “İslamda ailə dəyərləri” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirib(Foto) Martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi “İmam Hüseyn” məscidi dini icması tərəfindən “İslamda ailə dəyərləri” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Ahlibeyt.az-ın Dini Komitənin mətbuat xidmətinə istinadən məlumatına görə, tədbirdə Türkan qəsəbəsi “İmam Hüseyn” məscidi dini icmasının sədri Rasim Kazımov, DQİDK Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, şöbənin əməkdaşı Novruz Nuriyev, Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rövşən Quliyev,məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev İslamda ailə institutu və cəmiyyətimizin milli-mənəvi dəyərlərə əsaslanan ailə prinsiplərindən, dini ekstremizmin ailələrdə və ümumilikdə qlobal cəmiyyətdə törətdiyi münaqişə və fəsadlardan söhbət açıb.
Daha sonra Türkan qəsəbəsi “İmam Hüseyn” məscidi dini icmasının sədri Rasim Kazımov, məscidin axundu Miralim Ağayev və dindarlar mövzu ilə bağlı fikirlərini bildiriblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Mart, 2016 13:53 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |