Martın 3-də dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə Şirvan şəhəri “Şəhər məscidi” dini icmasında “Milli-mənəvi dəyərlərimizin təbliği və müasirlik” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.
Ahlibeyt.az-ın Dini Komitənin mətbuat xidmətinə istinadən məlumatına görə, Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Azər Sadıqov,komitənin sektor müdiri Bəhruz Müslümov, Şirvan Şəhər İcra hakimiyyəti aparatının İctimai-siyasi şöbəsinin müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, Şirvan "Şəhər məscididi" icma sədri Mircəfər Zəkiyev, dini icmanın üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Şəhər məscidinin icma sədri Mircəfər Zəkiyev layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı gənclərimizin radikal qüvvələrdən qorunması və milli-mənəvi dəyərlərin təbliği istiqamətində də tədbirlər həyata keçirilir.
Çıxış edən digər natiqlər keçirilən layihənin əhəmiyyətindən danışaraq dövlət başçısının maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə dini icmalara ayrılmış vəsaitin icmaların gələcək fəaliyyətində aktivlik yaradacağına toxunaraq dini radikalizmdən, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği işlərindən,gənclərimizin radikal cərəyanlardan qorunmasının vacibliyindən, dövlətimizin dinimizə qayğısından, həmçinin milli-mənəvi dəyərlərin təbliğindən danışıblar