|
|
SalamNews İnformasiya Agentliyi 6 yaşını qeyd edirAhlibeyt.az olaraq Salamnews agentliyini təbrik edir gələcək fəaliyyətlərində uğurlar arzulayırıq SalamNews İnformasiya Agentliyinin bu gün 6 yaşı tamam olur Agentlik 2009-cu il noyabrın 16-da Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, 2010-cu il martın 1-dən fəaliyyətə başlayıb. O vaxtdan açıq rejimli internetdə Azərbaycan, rus və türk dillərində xəbərlər yayan agentlik işini daim təkmilləşdirir, operativliyi, obyektivliyi, hadisələrə münasibətdə bitərəfli münasibəti ilə seçilir. Ölkədə, MDB məkanında və dünyada baş verənləri oxucularına təqdim edən agentlik hadisələrin əyaniliyini və vizuallığını təmin etmək məqsədilə infoqrafikadan, video materiallarından və fotolardan maksimum bəhrələnir. Hazırda respublikada fəaliyyət göstərən 30-dan çox informasiya agentliyinin rəqabət sahəsində dəst-xətti ilə seçilən SalamNews reklam verənlərin diqqət mərkəzindədir. Onlar agentliyin zövqlə tərtib olunmuş saytınının səhifələrindən və virtual tur xidmətindən bəhrələnərək, reklamlarını Azərbaycan, rus və türk dillərində yerləşdirirlər. 2011-ci ilin iyununda SalamNews Azərbaycan Mətbuat Şurasına üzv qəbul edilib. Eyni zamanda respublika müsabiqələrinin qalibi olub, fəxri fərmanlara, sertifikatlara layiq görülüb, “İlin brendi”ni qazanıb. Agentliyin əməkdaşları dəfələrlə müxtəlif dövlət qurumlarının və müstəqil təşkilatların plaket və mükafatlarına layiq görülüblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Mart, 2016 10:04 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |