|
|
İlk dəfə Şah İsmayıl Xətaiyə həsr olunan sərgi keçiriləcək (FOTO)AMEA Milli Azərbaycan Tarixi Muzeyi ilk dəfə olaraq, Azərbaycan tarixinin görkəmli simalarından olan məşhur sərkərdə və hökmdar I Şah İsmayılın dövlət quruculuğu və hərbi fəaliyyətinə həsr olunan “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisinin keçirilməsinə hazırlaşır. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Muzeydən Trend-ə verilən məlumatda bilirilir ki,“I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi üçün 130-a yaxın eksponat toplanıb. Sərginin konsepsiyası akademik Ramiz Mehdiyevin 2014-cü ildə işıq üzü görmüş “Şah İsmayıl Səfəvi: hökmdar və döyüşçünün portreti” kitabı əsasında tərtib olunub. Konsepsiya üzərində iş zamanı, həmçinin Səfəvilər dövləti, eləcə də I Şah İsmayıla həsr olunmuş Azərbaycan, Türkiyə, İran, Rusiya, Avropa müəlliflərinin elmi əsərləri öyrənilib. Muzeyin apardığı elmi toplama işi sayəsində Səfəvilər dövlətinin birinci rübünə aid unikal eksponatlar yığılıb. Muzeyin bərpa laboratoriyasında aparılan uzunmüddətli iş sayəsində XVI-XVII əsrlərdən dövrümüzə qədər gəlib çatmış eksponatlar təmizlənib, konservasiya olunub, zədələnmiş eksponatlar bərpa edilib. Beləliklə, sərgidə 130-a yaxın eksponat tamaşaçıların diqqətinə təqdim olunacaq, onların əksəriyyəti ilk dəfədir nümayiş olunacaq. Qeyd etmək lazımdır ki, eksponatlar yalnız vitrinlərdə deyil, həmçinin “XVI əsr Azərbaycan cəngavəri” tamölçülü atlı manekeni, eləcə də “XVI əsr Azərbaycan döyüşçüsü” 4 tamölçülü piyada manekeni üzərində nümayiş etdiriləcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Fevral, 2016 17:47 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |