|
Hacı Şahin Həsənli: “Xalq olaraq varlığımıza görə şəhidlərimizə borcluyuq” AÇIQLAMA“Bu il Xocalı soyqırımı cümə gününə təsadüf etdiyindən Qafqaz Müsəlmanları İdarəsinin verdiyi qərara əsasən məscidlərdə cümə xütbələri zamanı faciənin mahiyyəti haqqında geniş məlumat verildi”. Ahlibeyt.az-ın məlumatına görə,bu barədə Sia-ya açıqlamasında "Məşədi Dadaş" məscidinin imam camaatı, ilahiyyatçı alim Hacı Şahin Həsənli deyib. İlahiyyatçı alim bildirib ki, bu gün Azərbaycanda olan bütün məscidlərdə Xocalı şəhidləri yad edilərək soyqırımının mahiyyəti barədə insanlara məlumat verildi: “Qurani-Kərim şəhidliyi ən uca zirvə hesab edir və şəhidlərə böyük sayğıyla yanaşır. Quranda qeyd olunub: “Allah yolunda öldürülənləri ölü sanmayın”. Yəni, Allah yolunda şəhid olan insanlar canlarını mənsub olduqları millətə fəda etdiyi üçün çox dəyərlidirlər. Xalq olaraq varlığımıza görə şəhidlərimizə borcluyuq”. Hacı Şahin Həsənli qeyd edib ki, Azərbaycan güclü, müstəqil dövlətdirsə ilk növbədə şəhidlərimizin fədakarlığını yad etməliyik: “Ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri beynəlxalq ictimaiyyətə, Avropa İnsan Haqları məhkəməsinə, dünya ölklərinin parlamentlərinə Xocalı soyqırımı ilə bağlı müraciətlər ediblər. Təəssüflər olsun ki, hələ də bu soyqırımı dünya birliyi tərəfindən öz hüquqi qiymətini almayıb. Düzdür, bəzi ölkələr, beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıb. Amma hələ də ikili standartların şahidi oluruq”. “Bu həm də inanc məsələsidir. Azərbaycanın inanclı gənclərinin vətənpərvərlik ruhiyyəsində formalaşmasına ciddi ehtiyac var. İnanc insanlara vətənə, dövlətə, millətə sədaqəti aşılayır. Bu gün şəhidlik, Allah yolunda savaş məfhumlarından bəzi radikal cərəyanlar başqa niyyətlər üçün sui-istifadə edirlər. Bugünki xütbələrdə də vurğulandı ki, şəhidlik məfhumu müqəddəsdir və belə ali rütbəyə ancaq öz torpaqlarını təcavüzdən azad edərkən canlarından keçən insanlar yüksələ bilər”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Fevral, 2016 16:35 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |