|
|
Səkkiz ölkənin prezidenti Azərbaycana gəlirBu il martın 10-11-də keçiriləcək IV Qlobal Bakı forumunda 8 ölkənin prezidenti iştirak edəcək. Ahlibeyt.az-ən Apa-ya istinadən verdiyi məlumata görə, bu siyahıya Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, Bolqarıstan prezidenti Rosen Plevneliyev, Fələstin prezidenti Mahmud Abbas, Albaniya prezidenti Buyar Nişani, Makedoniya prezidenti Gyorge İvanov, Montenegro prezidenti Filip Vuyanoviç, Sloveniya prezidenti Borut Pahor və Bosniya və Herseqovina Rəyasət heyətinin üzvü Mladen İvaniç daxildir. Qeyd edək ki, “çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı, həmçinin, Madrid Klubu, İnter-Action Council, İsgəndəriyyə Kitabxanası kimi beynəlxalq təşkilatların tərəfdaşlığı ilə baş tutacaq. Forumda dünyanın nüfuzlu siyasi və dövlət xadimləri daxil olmaqla, 300-ə yaxın nümayəndənin iştirakı gözlənilir. IV Qlobal Bakı Forumunda dünyada etnik, dini və siyasi zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər müzakirə ediləcək və bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq. Xatırladaq ki, I, II və III Qlobal Açıq Cəmiyyətlər Forumu 2013, 2014 və 2015-ci illərdə Bakı şəhərində keçirilib. Hər üç forumda Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Fevral, 2016 13:10 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |