|
|
Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin qiyməti bu ayın sonuna kimi açıqlanacaqQafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndə heyəti Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub QMİ-dən Apa-ya verilən məlumata görə, nümayəndə heyəti bu ilki Həcc ziyarəti ilə bağlı səfər şərtlərini müzakirə edib. Səudiyyə Krallığının Həcc nazirliyi ziyarətlə bağlı yeni şərtlərini açıqlayıb. Bu, əsasən qiymətlər, təhlükəsizlik sistemi, zəvvarlara xidmət və s. ilə bağlıdır. Krallığın yeni şərtlərinə əsasən, QMİ Həcc səfərinin yeni qiymətləri üzərində dəqiqləşdirmələr aparır və bu ayın sonuna kimi qiymətləri elan edəcək. Bildirilir ki, bu il də ziyarət ödənişləri ABŞ dolları ilə hesablanacaq və əvvəlki il ilə müqayisədə artım gözlənilir. Qeyd edək ki, bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşib. Ötən Həcc ziyarəti zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq isə 4700 dollar olub. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Fevral, 2016 12:55 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |