إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ağdam rayon Xındırıstan kənd məscidi dini icması“Qəhrəmanlar unudulmur!” adlı tədbir keçirilib

Fevralın 19-da  Ağdam rayon Xındırıstan kənd məscidi dini icmasında “Qəhrəmanlar unudulmur!” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.

Ahlibeyt.az-ın Dini komitənin mətbuat xidmətinə istinadən məlumatına görə,tədbirdə  DQİDK Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşları Vüqar Kərimov, Cavid Məlikzadə, Ağdam rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, Xındırıstan kənd məsçidi dini icmasının sədri Barat Bağırov,  şəhid ailələri,  icma üzvləri, dindarlar və ziyalılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ağdam rayon Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımının əhəmiyyətini yüksək qitmətləndirərək, gələcəkdə də bu cür tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıb.

Daha sonra çıxış edən Ağdam rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev rayondakı dini durum barədə məlumat verib. O, daha sonra qeyd edib ki, ərazisinin böyük bir hissəsi erməni işğalı altında olan Ağdam Qarabağ müharibəsi zamanı 10 minə yaxın şəhid verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı Vüqar Kərimov çıxışı zamanı tədbir iştirakçılarına Qarabağın qəhrəmanlıq tarixindən geniş məlumat verib.

Tədbirdə həmçinin Əhmədağalı kənd Mədəniyyət evinin müdiri Siyavuş Şükürov, kənd ağsaqqalı Hacı Əliyev və başqaları çıxış edərək dinimizə göstərilən qayğıya görə Prezidentimiz İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə cəbhə bölgəsində tədbir keçirilib Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə cəbhə bölgəsində tədbir keçirilib

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Fevral, 2016  16:35 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!