|
Bakıda Birinci Milli BMT modeli konfransı keçirilir(Fotolent)20-23 fevral 2016-cı il tarixində keçiriləcək Birinci Milli BMT Modeli Konfransında (MilliMUN) 20-dən çox universitet, akademiya və məktəbləri təmsil edən 350-dən çox gənc diplomat qismində iştirak edəcək Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Mikayıl Cabbarov, BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Ercan Murat, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, çoxlu sayda gənclər və digər qonaqlar iştirak edib. Tədbiri giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov bu konfransın gənclərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib: "Gənclər Azərbaycanın gələcək inkişafı üçün əsas qüvvədir.Bu baxımdan Azərbaycanda gənclərin qərarların qəbul edilməsində fəal iştirakının təmin edilməsi çox vacibdir.Müxtəlif ölkələrin fərqli maraqları və prioritetləri var.Bizim prioritetimiz təhsilli və vətənpərvər gənclər yetişdirməkdir. Gənclər dövlətin mövqeyinin möhkəmləndirilməsinə və həm milli, həm də beynəlxalq səviyyədə ölkənin inkişafına mühüm töhfə verə bilər.Bu konfrans gəncləri yeni fəaliyyətə və yeni nailiyyətlər əldə etməyə həvəsləndirəcək." Tədbirdə çıxış edən BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Ercan Murat bildirib ki, Azərbaycan gənclər siyasətinə mühüm əhəmiyət verir: "Biz Azərbaycan gənclərinə gələcəyi müzakirə etmək və yeni ideyalar irəli sürmək üçün bir platforma yaradırıq". Sonra çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev tədbirin əhəmiyyətindən danışıb və bu yeni ənənənin Azərbaycanda başladılmasının gənclərin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb. Nazir Azərbaycanın beynəlxalq təşkilatlardakı, o cümlədən UNESCO-dakı fəaliyyətinə toxunaraq bildirib ki, Azərbaycan UNESCO-nun fəaliyyətinə mühüm töhfə verir, o cümlədən mədəni irsimizin qorunması üçün xeyli işlər görüb. Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafına töhfə verir və ölkəmiz bu istiqamətdə bir çox beynəlxalq tədbirlərə və forumlara ev sahibliyi edir. Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu konfransın Azərbaycanda keçirilməsi mühüm vərdişlər əldə edilməsinə kömək edəcək ki, bu da gənclərin gələcək inkişafı üçün xeyli faydalı olacaq. Tədbirdə çıxış edən digər iştirakçılar da konfransın əhəmiyyətindən danışıb və bunun gənclərin gələcək inkişafı üçün yeni bir platforma olduğunu qeyd ediblər. Qeyd olunur ki,Layihənin əsas məqsədlərindən biri Azərbaycanda BMT Modeli (Milli MUN) hərəkatının institutlaşdırılması, universitetlərdə MUN klublarının təsis edilməsi və onları birləşdirəcək MUN şəbəkəsinin (Model UN Network) yaradılmasıdır. BMT Modeli tələbələrə diplomatiya və əməkdaşlıq dünyasını təsvir edən BMT Baş Assambleyası, BMT Təhlükəsizlik Şurası və digər BMT qurumlarının real həyat simulyasiyasıdır. BMT Modelində tələbələr təşkilatın gündəliyindəki cari məsələlər üzrə müzakirələr aparırlar. Tələbələr problemləri həll etmək üçün beynəlxalq əməkdaşlığın səfərbərliyi naminə qətnamə layihəsi, strategiya planı hazırlayır, tərəfdaşlar və rəqiblərlə danışıqlar aparır, münaqişələri həll edirlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Fevral, 2016 13:37 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |