|
Şirvanda “Dini radikalizmə qarşı mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda tədbir keçirilibFevralın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şirvanda “Dini radikalizmə qarşı mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda tədbir keçirilib. Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə, tədbirdə Dövlət Komitəsinin birinin birinci müavini Səyyad Salahlı, Şirvan şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Samit Abıyev, Şirvan şəhərindən olan dindarlar və ağsaqqallar iştirak ediblər. Şirvan şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov tədbiri giriş sözü ilə açaraq, dövlətimizin dinə qayğısından, eyni zamanda tədbirin əhəmiyyətindən danışıb. Daha sonra çıxış edən Səyyad Salahlı bildirib ki, tarix boyu dünyanın ən tolerant ölkəsi kimi tanınan Azərbaycan həmişə dünya xalqlarına nümunə göstərilib. Azərbaycanın çox konfessiyalı bir ölkə olduğunu diqqətə çatdıran S. Salahlı qeyd edib ki, burada tarixən müxtəlif dini və mədəni abidələr mövcuddur. DQİDK sədrinin birinci müavini onu da vurğulayıb kİ, ölkəmizdə tarixən dini tolerantlıq mədəniyyəti yüksək olub. S. Salahlı Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsini xatırladaraq bildirib ki, ölkəmizdə mövcud olan multikultural və tolerant mühit aparıcı yerlərdən birini tutur.Heydər Əliyev məscidində qılınan vəhdət namazından da danışan komitə sədrinin birinci müavini bunun İslam aləminə bir çağırış olduğunu diqqətə çatdırıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Fevral, 2016 11:16 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |