|
Gələn il Azərbaycanda İslam bankı yaradılacaqGələn ilin əvvəlində Azərbaycanda ilk müstəqil İslam bankı açıla bilər- Yeni layihə ilə bağlı yaradılan işçi qrupunun üzvü Behnam Qurbanzadə deyib ki, hazırda hökumət İslam İnkişaf Bankı ilə birlikdə qanunvericilik üzərində işləyir. Ahlibeyt.az-ın Report-a istinadən verdiyi xəbərə görə, "Reuters"agentliyinin məlumatında bildirilir ki,hazırda ölkə hökuməti (işçi qrupu formatında) yeni bankın yaradılması ilə bağlı qanunvericiliyi nəzərdən keçirir. Azərbaycan, Qazaxıstan və Tacikistan şəriət qaydaları əsasında bank yaratmaq istəyən MDB ölkələri sirasındadır və onlara mərkəzi ofisi Ciddədə (Səudiyyə Ərəbistanı) yerləşən İslam İnkişaf Bankı dəstək verir. Azərbaycan Beynəlxalq Bankı nəzdində fəaliyyət göstərən və ötən ilin oktyabrında fəaliyyəti dayandırılan İslam bankçılığı Departamentinin keçmiş rəhbəri və yeni layihə ilə bağlı yaradılan işçi qrupunun üzvü Behnam Qurbanzadə deyib ki, hazırda hökumət İslam İnkişaf Bankı ilə birlikdə qanunvericilik üzərində işləyir. "Bankın adı qarşıdakı iki ay ərzində açıqlanacaq. Bu gün bazarda uzunmüddətli maliyyələşməyə ehtiyac var və bu, kredit və borcdan fərqli olaraq investisiya və əməkdaşlığa əsaslanmalıdır", - deyə B.Qurbanzadə əlavə edib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Fevral, 2016 12:20 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |