|
|
Ali təhsil ocağında "İslam və millilik" mövzusunda tədbir keçirilibAzərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialında Zaqatala Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşəbbüsü ilə "İslam və millilik" adlı tədbir keçirilib. Ahlibeyt.az-ın Dini Komitənin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görrə, Ali məktəbin filialının müəllim və tələbələrinin iştirak etdiyi tədbiri filialın direktoru Orucəli Rzayev açaraq, mövzunun aktuallığını tələbələrin nəzərinə çatdırıb. Natiq vurğulayıb ki, İslam dini ümumbəşəri, sülh və əmin-amanlıq dinidir. Daha sonra çıxış edən DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri M. İsmayılov İslam və millilik tarazlığının qurulmasından, dinimizin milli adət-ənənələrə və dəyərlərə baxışı barədə məlumat verib. O, İslam və millilik münasibətlərinin düzgün nizamlanmasının əhəmiyyətindən danışıb. Şöbə müdiri qeyd edib ki, İslam Allahın sonsuz mərhəmət və şəfqətinin yer üzündə təcəlli etdiyi dinclik və barış dolu bir həyatı insanlara təqdim etmək üçün göndərilmiş bir dindir. Daha sonra çıxış edən Zaqatala RİH-nin nümayəndəsi İlqar Vəliyev dini radikalizmin milli adət-ənənələr və dəyərlərlə ziddiyət təşkil etməsi, dini radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolunu vurğulayıb. Tədbirdə həmçinin, ilahiyyət üzrə fəlsəfə doktorları Rafiz Manafov və Asəf Qənbərov İslam dəyərlərinin milli dəyərlərin formalaşmasındakı rolu, dini-milli dəyərlərin ümumbəşəri dəyərlərlə qarşılıqlı əlaqəsi və dəyərlərimizin Azərbaycan multikulturalizminə töfhələri mövzuları ətrafında məruzə ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Fevral, 2016 10:52 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |