|
|
Prezident İlham Əliyev Gəncədə “İmamzadə” dini kompleksində(Fotolent)Dövlətimizin başçısı İlham Əliyev Gəncə "İmamzadə" kompleksində beşinci imam Məhəmməd Baqirin oğlu İbrahimin məzarının yerləşdiyi türbədəni ziyarət edib Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gəncədə “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə respublika ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşüb. Mərasim müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb. Dövlətimizin başçısı mərasimdə nitq söyləyib. Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edib və dövlətimizin başçısına “Qurani-Kərim” hədiyyə edib. Daha sonra Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Katolik Kilsəsinin rəhbəri Vladimir Fekete və Gəncə Dövlət Universitetinin dekanı Mübariz Yusifov çıxış etdilər. Mübariz Yusifov “Gəncə İmamzadə ziyarətgahı” kitabını Azərbaycan Prezidentinə təqdim edib. Sonda Prezident İlham Əliyevin adından “İmamzadə” dini kompleksində ehsan süfrəsi açılıb. Qeyd edək ki, kompleksdə ümumi sahəsi 2 min kvadratmetrdən çox üçmərtəbəli əsas bina inşa olunub. Buraya qadın və kişilər üçün dəstəmazxanalar, anbar, inzibati və texniki otaqlar, mehmanxana daxildir. Kompleksdə qadın və kişilər üçün ayrı-ayrılıqda iki namaz zalı var. Binada xəttatlıq və kaşı materialları ilə üzləmə işləri yüksək sənətkarlıqla yerinə yetirilib. Ziyarətçilərin ixtiyarına dini kitabxana, konfrans zalı, muzey də verilib. “İmamzadə” kompeksində ümumi sahəsi 220 kvadratmetr olan qurbangah binası da inşa edilib. Ziyarətgahın 1000 nəfərlik zal və mətbəxdən ibarət ehsanxanası da var. Mərasim zalının ümumi sahəsi 1300 kvadratmetrdir. Kompleksdə dini ayinlər üçün Hüseyniyyə və Zeynəbiyyə ibadət zalları var. Günbəzlərin interyeri yağlı boya ilə nəbati naxışlarla işlənib, eksteryeri isə kərpiclə dekorativ şəkildə örtülüb. Xəbərin tam linki: http://ahlibeyt.az/news/a-4408.html Azərtaca-a istinadən Prezident İlham Əliyevin Gəncə "İmamzadə" komleksi ilə tanışlıq mərasimindən hazırladığı fotolenti təqdim edirik
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Fevral, 2016 17:31 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |