|
Sabirabad rayonu Bulaqlı kənd məscidi dini icmasında tədbir keçirilib(Foto)Fevralın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) maliyyə dəstəyi ilə Sabirabad rayonunun Bulaqlı kənd məscidi dini icmasında “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib Ahlibeyt.az-ın Dini komitənin mətbuat xidmətinə istinadən məlumatına görə,tədbirdə DQİDK İmişli bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov,şöbəsinin əməkdaşı Ələkbər Quliyev, Bulaqlı kənd məscidi dini icmasının sədri Rüfət Utarov, Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad rayonu İcra Hakimiyyətinin Bulaqlı kəndi üzrə nümayəndəsi Zülfəli Musayev, icma üzvləri, dindarlar və ziyalılar iştirak ediblər. DQİDK İmişli bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov çıxış edərək qeyd edib ki, xalqımızın zəngin tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Natiq İslam dinini radikalizmə sürükləmək və terrorla əlaqələndirmək meyillərinin artmasından da bəhs edərək, dini maarifləndirmə işinin vacibliyini vurğulayıb.
QMİ-nin səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov çıxışı zamanı milli-mənəvi dəyərlərə dövlət səviyyəsində yüksək qayğının göstərildiyini vurğulayıb. QMİ nümayəndəsi dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib. Daha sonra çıxış edən natiqlər dini icmaların fəaliyyətinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Fevral, 2016 16:34 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |