|
Dilçilik İnstitutu: Azərbaycan dilinə ingilis dilindən, Türkiyə türkcəsindən təzyiqlər hiss olunur“Bu gün Azərbaycan dilinə ingilis dilindən, Türkiyə türkcəsindən təzyiqlər hiss olunur. Mən Türkiyədə səfərdə olarkən türkiyəli alimlər özləri etiraf ediblər ki, Azərbaycan türkcəsi ən gözəl türkcədir”. Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli 21 fevral “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş konfransda çıxışı zamanı deyib. O bildirib ki, bu gün cəmiyyətdə Türkiyə türkcəsində danışmaq meyli yaranıb: “Bu gün mətbuatda, habelə şou-biznes nümayəndələrinin çıxışlarında Türkiyə türkcəsində danışmaq bir dəb halını alıb. Sanki Türkiyə türkcəsində danışmaq bir savadlılıq göstəricisi sayılır. Bu, narahatlıq doğurur”. Dilçilik İnstitutunun əməkdaşı İsmayıl Məmmədli qeyd edib ki, bu gün mətbuatda rus və ingilis dillərindəki sözlərdən istifadə olunur: “Mətbuatda yeri gəldi-gəlmədi rus və ingilis sözlərinə müraciət edilir. O cümlədən bəzi müğənnilərin ifa etdikləri mahnılarda üç dilin qarışığından istifadə edilir. Bu nə dərəcədə doğrudur?” Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Fevral, 2016 14:46 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |