|
|
Qarabağ həqiqətlərindən bəhs edən “Atəşkəs” sənədli filminin Azərbaycan dilində təqdimatı keçirilib(Fotolent)Macarıstanlı rejissor Erik Boqnarın Qarabağ həqiqətlərindən bəhs edən “Atəşkəs” sənədli filmi fevralın 17-də Nizami Kino Mərkəzində Azərbaycan dilində ilk dəfə nümayiş olunub. Bu ekran əsəri Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən istehsal edilib. Filmin təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər. AZƏRTAC xəbər verir ki, tədbirdə BAMF-in sədri Umud Mirzəyev film haqqında geniş məlumat verib. Bildirib ki, sənədli film “İşğalın qurbanı” layihəsi çərçivəsində macar və Azərbaycan jurnalistlərinin Qarabağ həqiqətlərindən bəhs edən ilk birgə işidir. Film Macarıstanın məşhur “Oriqo” studiyasında macar dilində çəkilib. Filmdə Azərbaycanın tarixi-mədəni irsi, ənənələri, kulturoloji aspektlər yer alıb. Azərbaycanın tarixən üzləşdiyi ədalətsizliklər, erməni qırğınları, Qarabağ həqiqətləri, Qarabağ müharibəsinin törətdiyi acı nəticələr, Xocalı faciəsi filmin əsas leytmotivini təşkil edir. Ekran əsərində macar, alman, fransız, amerikan ekspertlərinin münaqişənin həlli ilə bağlı fikirləri, rəyləri və münaqişə qurbanlarının, şahidlərin ifadələri yer alıb. U.Mirzəyev deyib ki, 2015-ci ilin dekabrında Macarıstanın paytaxtı Budapeştdə film macar dilində təqdim edilib və ölkədə ciddi rezonans doğurub. Diqqətə çatdırılıb ki, bu ekran əsəri Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə BAMF tərəfindən Azərbaycan dilinə dublyaj edilib. Sonra film nümayiş olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Fevral, 2016 12:36 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |