إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Paytaxt məktəbində Müşfiqabad qəsəbə məscidi dini icmasının təşkilatçılığı ilə tədbir keçirilib

Fevralın 16-da  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşəbbüsü, Qaradağ rayonu Müşfiqabad qəsəbə məscidi dini icmasının və Qaradağ rayon, Müşfiqabad qəsəbəsi, 320 saylı orta məktəbin birgə təşkilatçılığı ilə “Gənclərin hüquqları və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.

Ahlibeyt.az-ın Dini Komitənin mətbuat xidmətinə istinadən məlumatına görə, tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev, Bakının 320 saylı məktəbin direktoru Namiq Cəfərov, Qaradağ rayon Gənclər və idman idarəsinin rəisi Elçin Abbasov, Müşfiqabad qəsəbə məscidi dini icmasının sədri İlşad Süleymanov, müəllimlər və şagirdlər iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə məktəbin direktoru N.Cəfərov açıb .O, gənclərin hüquqlarının müdafiəsi, onların milli-mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən danışıb.

Bilik Fondunun Aparat rəhbəri, hüququ elmləri doktoru, professor İsaxan Vəliyev “Gənclərin hüquq və azadlıqları” mövzusunda məruzə ilə çıxış edib. İ.Vəliyev çıxışında Konstitusiyada yer alan hüquq və azadlıqlar, eləcə də onların gənclərə izah edilməsi ilə bağlı geniş məlumat verib.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev “Gənclər və milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzə ilə çıxış edərək dövlətin bu sahədə atdığı addımlardan, gənclər üçün yaradılan şəraitdən söhbət açıb. Bildirilib ki, multikultural dəyərlərə və tolerant ənənələrə sahib ökəmizdə gənclərin sağlam şəkildə formalaşması üçün bütün zəruri tədbirlər görülür. C.Əliyev dini radikalizmlə mübarizə haqqında da tədbir iştirakçılarına məlumat verib. Daha sonra çıxış edən natiqlər də, tədbirin əhəmiyyətindən söhbət açaraq bu kimi davamlı olmasının vacibliyini vurğulayıblar. Tədbirdə şagirdlər ədəbi-bədii proqramla çıxış etdilər.





Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Fevral, 2016  12:04 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!