|
Bu gün Gəncə "İmamazadə" kompleksin açılışı olacaq5 ildir ki, kompleksdə təmir və bərpa işləri aparılır Gəncə şəhərinin 7-ci kilometrliyində yerləşən "İmamzadə" kompleksində təmir və bərpa işləri başa çatdırılıb. Ahlibeyt.az-ın "Report"a istinadla məlumatına görə, bu gün kompleksin açılışı olacaq. Kompleksdə dövlət vəsaiti hesabına əsaslı yenidənqurma və bərpa işləri aparılıb. Binalar üzlənib və daxili interyerdə bəzək işləri aparılıb, Hüseyniyyə və Zeynəbiyyə adlanan hər birinin 200 nəfər tutumu olan zallar tikilib, ziyarətgahın üstündə 28 metr hündürlüyündə gümbəz, tikilinin sağ və sol hissəsində 2 minarə, kompleksin həyətində isə mehmanxana inşa edilib. "İmamzadə" dini kompleksinə aid olan tikililərin daxilində xəttatlıq işləri görülüb və kaşı materialla örtülüb. Tikilinin həyəti kərpiclə hasara alınıb. Kompleksin hasarları kərpic elementləri ilə bəzədilib. 600 kv.metrlik ərazidəəsas giriş xüsusi layihə ilə hazırlanıb. 2010-cu ildən əsaslı təmirinə başlanılan kompleksin yerləşdiyi 2,5 hektar ərazidə 36 kiçik və 5 böyük günbəzdən ibarət məscid, 200 kv.m ərazisi olan qurbangah, 1000 nəfərlik ehsangah, 500 avtomobillik 2 dayanacaq inşa edilib. Ərazidə müasir işıqlandırma sistemi, piyadaların rahat hərəkəti üçün səkilər yenidən qurulub. Kompleksin ətrafında yaşıllıq zolaqları salınıb. Həmişəyaşıl və dekorativ ağaclar əkilib. "İmamzadə" kompleksi Gəncə şəhərinin və bütövlükdə ölkənin ən maraqlı memarlıq abidələrindən biridir. Bu kompleks orta əsrlər dövrünə aid edilən ən mühüm dini və tarixi abidələrdəndir. Tarixi mənbələrə görə Gəncə İmamzadə Pirində - V İmam Məhəmməd Baqirin oğlu Mövlanə İbrahim dəfn olunub. Türbə bu kompleksin ən qiymətli abidəsidir. Orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan "İmamzadə" piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. "İmamzadə" əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahına çevrilib. Bu dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. Qeyd edək ki,"İmamzadə" komleksinin açılış mərasimində Azərbaycan prezidenti ilaham Əliyevin,dövlət rəsmiləri,din xadimləri və ictimaiyyət nümayəndələrinin iştirak etməsi bildirilir. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksinin bərpası, habelə kompleksə gedən yolun tikintisi məqsədilə bir neçə sərəncam imzalayıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Fevral, 2016 11:47 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |