|
|
Nardaranda yalnız bir dini icma faəliyyət göstərəcək,məscidləri də o icma idarə edəcəkNardarandakı məscidlərlə bağlı orada yalnız bir icmanın qeydiyyata alınması və digər məscidlərin o icma vasitəsi ilə mütəvəli (nümayəndə) qayda ilə idarə olunması barədə qərar qəbul edilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Apa-ya açıqlamasında bildirib ki, yerli sakinlərin iştirakı ilə qərara alınıb ki, icma Rahimə Xanım ziyarətgah məscidində qeydiyyata alınsın və dində mövcud olan qaydaya görə qəsəbədəki digər məscidlərə oradan mütəvəlilər təyin edilsin. M. Qurbanlı qeyd edib ki, Nardarandakı digər məhəllə məscidlərində ayrıca icmaların olması zəruri hesab edilməyib: “İcma Rahimə Xanım ziyarətgahında qeydiyyata alındıqdan sonra mütəvəlilər Qafqaz Müsəlmanları İdarəsinin ora təyin olunmuş qazısı tərəfindən təqdim ediləcək və QMİ tərəfindən təsdiq ediləcək. Mütəvəlilər Nardarandakı məscidlərin fəaliyyətini qeydiyyata alınacaq bir icmadan əlaqələndirə biləcəklər. Onların fəaliyyətinə QMİ-nin qazısı istiqamət verəcək. Bütövlükdə isə hamısı dini baxımdan QMİ-yə tabe olacaq, qanunlara nəzarət baxımından isə bizim Komitə ilə sıx əlaqədə fəaliyyət göstərəcək. Beləliklə, Nardaranda bir icma yaranır, nardaranlıların da istəyi odur ki, bu icma Rəhimə Xanım məscid-ziyarətgahında olsun. O icmanın qeydiyyata alınması ilə bağlı hazırda iş gedir və proseslər başa çatdıqdan sonra icma qeydiyyata alınacaq”. Qeyd edək ki, Nardaranda Cümə məscidi, Rəhimə Xanım məscidi, Qulam Əli məscidi, Kiçik məscidi və Ağa məscidi mövcuddur. Ötən il Nardaran hadisələrdən sonra Cümə məscidi istisna olmaqla, digər məscidlərin fəaliyyəti qeydiyyatsız olduqları üçün dayandırılıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Fevral, 2016 12:47 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |