|
|
Bakıda məhbuslara əxlaq, fəzilət, dinin əmr və qadağaları barədə geniş məlumat verilibƏdliyyə Nazirliyinin Penitensiar xidməti Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsi ilə birgə cəzaçəkmə müəssisələrində dini maarifləndirmə mövzusunda tədbirləri davam etdirir. Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə,növbəti tədbirlər “Dinimiz mənəviyyatımızdır” mövzusunda və eləcə də Azərbaycan Respublikasının “Dini ekstremizmə qarşı mübarizə haqqında” 04.12.2015-ci il tarixli qanununun izahı ilə əlaqədar 2, 9 və 17 saylı cəzaçəkmə müəssisələrində keçirilib. Tədbirlərdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin məsul əməkdaşları və AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşları iştirak ediblər. Xüsusi kontingentin maraqla qarşıladığı tədbirlərdə vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirici söhbətlər aparılıb, əxlaq və fəzilət, dinin əmr və qadağaları barədə geniş məlumat verilib. Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin dünya üçün nümunə olduğu, dini konfessiya nümayəndələrinə qarşılıqlı hörmət və anlayışlı inanc aşılandığı məhkumların diqqətinə çatdırılıb. ![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Fevral, 2016 13:32 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |