|
|
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Apellyasiya Şurası yaradılıbDini Qurumlarla İş üzrə Dövlət Komitəsində Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi təsdiq edilib. Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə, bu addım dövlət başçısının “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli fərmanına uyğun olaraq atılıb. Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan şuraya dövlət komitəsi sədrinin birinci müavini Səyyad Salahlı sədr təyin olunub. 6 nəfərdən ibarət Apellyasiya Şurasına dövlət komitəsinin mərkəzi aparatına daxil olan şöbələrin müdirləri, katibliyə isə komitənin məsul əməkdaşları daxildir. Qeyd edək ki, Apellyasiya Şurası Bakı şəhəri, Əhməd Cavad,12 ünvanında, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin inzibati binasında fəaliyyət göstərəcək Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Fevral, 2016 12:12 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |