إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycanda qadınların niqabla gəzməsinə qadağa qoyula bilərmi? - Mövqe

Dünyanın bir çox ölkələrində təhlükəsizliyin təmin olunması baxımından qadınların ictimai yerlərdə üzü tamamilə örtən niqabla və çarşabla gəzməsinə qadağa qoyulub. Son vaxtlar Azərbaycanda da belə geyimli qadınlara rast gəlmək olur. Bu isə əksər ölkələrdə terror hadisələrinin baş verdiyi bir dövrdə təhlükəsizliklə bağlı müəyyən problemlərin yaranma ehtimalını artıra bilər.

Bu hal Azərbaycanda da qadınların ictimai yerlərdə niqabla gəzməsinə qadağa qoyulması məsələsini gündəmə gətirə bilərmi?

Ahlibeyt.az-ın məlumatına görə, İlahiyyatçı Hacı Şahin Həsənli Trend-ə bildirib ki, İslam dinində qadınların üzünün örtülməsi kimi hökm yoxdur. Onun sözlərinə görə, qadınların üzünü örtməsi, əsasən, sələfilər adlanan qola aiddir. Bu qola aid şəxslər qadınların üz örtməsini dini hökm kimi qəbul edirlər: “Üz örtmək, əsasən, radikal cərəyanlarda, vəhabilikdə olur. Onlar bir çox məsələlərdə ifrata varırlar. Bu, dini göstərişlərə deyil, onların özlərinin şəxsi dünyagörüşlərinə əsaslanır. Onlar qadını təcrid edirlər. Hesab edirlər ki, qadınlar evdə oturmalı və hər hansı ictimai fəaliyyətlə məşğul olmamalıdırlar. Buna əsaslanaraq deyirlər ki, qadın çölə də çıxanda üzünü tam olaraq örtməlidir. Amma bunun “Quran-Kərim”in ayələri ilə hər hansı əlaqəsi yoxdur”.

Картинки по запросу hacı Şahin

Niqab geyinməsinə qadağa qoyulma zərurətinin olub-olmaması məsələsinə gəldikdə, dinşünas bildirib ki, bunun üçün insanlar arasında maarifləndirmə işlərinin aparılması, qadınlara İslam dinində belə dini göstərişin olmamasını izah etmək lazımdır.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə məsələ ilə bağlı bildirib ki, “Qurani-Kərim”in “Nur” surəsinin 31-ci ayəsində hicabın hansı formada olması və qadının bədəninin hansı hissələrinin örtülməsi açıq şəkildə göstərilib: “Təəssüflər olsun ki, bundan sui-istifadə edilir. Həmin ayədə yazılmır ki, qadının gözündən başqa hər yeri örtülməlidir. Belə şey yoxdur. Kim bilmirsə, “Qurani-Kərim”in Nur surəsinin 31-ci ayəsini oxusun. Orada bununla bağlı tam əhatəli şəkildə düzgün məlumat verilib”.

Картинки по запросу Siyavuş Novruzov

S.Novruzov hesab edir ki, Azərbaycanda parlament səviyyəsində qadınların niqab və çarşab geyinməsinə qadağa qoyulması ilə bağlı qərarın verilməsi düzgün deyil: “Ümumən, geyimlə bağlı rəsmi parlament qərarının olması düzgün deyil”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Trend-ə bildirib ki, Azərbaycanda qadınların üzünün tamamilə örtülməsinə qadağa qoyulmasına ehtiyac yoxdur.

A.Naxçıvanlı bunun səbəbini Azərbaycanda üzünü tamamilə örtən niqablı qadınların sayının çox az olması ilə əlaqələndirib: “Buna qadağa qoymağa ehtiyac yoxdur. Çünki onlarla fərdi söhbətlər apardıqda həmin qadınlar çox şeyi başa düşürlər. Bunun üçün maarifləndirmə işləri aparmaq lazımdır”.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Fevral, 2016  12:38 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!