إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İran İslam İnqilabının 37-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

Fevralın 10-da İranın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – İslam İnqilabının 37-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə,tədbir  Azərbaycanın və İranın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Səfir Möhsün Pakayin İranın inqilabdan ötən 37 ildə keçdiyi inkişaf yolundan danışıb, bu illər ərzində müxtəlif sahələrdə böyük uğurlar əldə edildiyini vurğulayıb. O deyib ki, İran və Azərbaycan arasındakı konstruktiv əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Mövcud əlaqələrin daha da genişləndirilməsi ölkələrimizin qarşıya qoyduğu əsas məqsədlərdəndir. Son zamanlar iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər, görüşlər əlaqələrimizin daha da genişlənməsinə təkan verib. Səfir vurğulayıb ki, İrana qarşı tətbiq edilmiş iqtisadi sanksiyaların aradan qaldırılması Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkan yaradıb.

Energetika naziri Natiq Əliyev əlamətdar gün münasibətilə İran xalqını Azərbaycan hökuməti adından təbrik edib.

Azərbaycan-İran əlaqələrinin möhkəmləndiyini diqqətə çatdıran nazir ölkələrimiz arasında qədim tarixi köklərə əsaslanan dostluq münasibətlərinin olduğunu söyləyib. O, energetika, nəqliyyat və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin region üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Nazir deyib ki, Azərbaycanla İran arasında yüksək səviyyəli əməkdaşlıq regionda sülh və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə verir.

Qeyd edək ki,tədbirdə xarici ölkələrin Azərbaycandakı səfirləri və ataşşeləri, Azərbaycan hökumət nümayəndələri, millət vəkilləri, QHT sədrləri, siyasətçi və politoloqlar, mədəniyyət və din xadimləri, iştirak edib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Fevral, 2016  10:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!