إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Düşüncəyə tamaşa” layihəsi gənclərin kitaba olan marağını artıracaq

Gənclərin kitaba marağının artırılması istiqamətində həyata keçirilən “Düşüncəyə tamaşa” layihəsində iştirakçılar üçün qeydiyyata start verilib. Gənclər qeydiyyatdan keçməklə oxuduqları əsər əsasında səssiz film çəkərək müsabiqədə iştirak etmək şansı qazanacaqlar.

Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə, Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) Milli Debat Proqramı çərçivəsində həyata keçirilir.

İctimai Birlikdən bildirilib ki, layihənin məqsədi gənclərin bədii qiraətə olan marağının artırılması, asudə vaxtlarının daha səmərəli keçirilməsi üçün imkan yaradılmasıdır.

Layihənin ilk mərhələsində qeydiyyatdan uğurla keçmiş 65 gənc natiqlik təlimində iştirak edəcək. Növbəti mərhələdə isə təqdim olunan əsər iştirakçıların ixtiyarına veriləcək. İştirakçılar əsəri təhlil edəcək, təlim zamanı əldə etdikləri biliklər əsasında fikirlərini müstəqil şəkildə ifadə edərək qənaətlərini səssiz film şəklində 3-10 dəqiqəlik videoçarxlarda nümayiş etdirəcəklər. Layihənin yekun mərasimində komandaların hazırladıqları videolar münsif heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflərin yekun qərarı ilə qaliblərə diplom və medallarla yanaşı, hədiyyələr təqdim olunacaq.

Layihədə iştirak etmək istəyən tələbələr, debatçılar və ya mədəniyyət mərkəzlərinin nümayəndələri fevralın 21-dək http://goo.gl/forms/6mrgVueTCV linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Müsabiqədə iştirak etmək hüququ qazanan gənclərin M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasına üzvlüyü təmin ediləcək.

Qeyd edək ki, DVC öz fəaliyyətini Azərbaycanda 1998-ci ildən “Debat” təhsil proqramı kimi başlayıb.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Fevral, 2016  15:34 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!