إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

"SAB" şirkətində "Açıq qapı günü" təşkil olunub (Fotolent)

Azərbaycanda qida sektorunda özünə məxsus yeri olan "SAB" şirkəti ictimaiyyət nümayəndləri, tələbələr, usta aşpazlar o cümlədən KİV nümayəndləri üçün "Açıq qapı günü" təşkil edib.

Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, şirkətin Xırdalanda yerləşən istehsalat zavodu ilə tanış olanlara məlumat verilib ki, yerli şirkət olan «Zəhmət-Ruzi» Məhdud Məsuliyyətli Cəmiyyəti 1998-ci ildən fəaliyyət göstərir. Hazırda «Zəhmət-Ruzi» Şirkəti 3 hektardan artıq ərazidə yerləşir.

Ən müasir avadanlıqlarla təhciz edilmiş laboratoriyalar, isteh-sal sexləri anbar və daşinma sistemləri «Zəhmət-Ruzi» ailəsində bu gün müxtəlif sahələr üzrə 150-ə yaxın yüksək ixtisaslı mütəxəssis çalışır.

Qeyd olunub ki, şirkət iki sahədə - ət və süd məhsullarının istehsalı sektorunda tam gücü ilə çalışır. İslam qanunları əsasında hazırlanan, ekolojı təmiz, yüksək keyfiyyətlə «SAB» ət və süd məhsulları beynəlxalq standartlara uyğun şəkildə olan faydalı maddələr və minerallarla zəngin olan məhsulları təqdim edir.

Bildirilib ki, "SAB" ticarət nişanı «AZS» - Keyfiyyət, İdarəetmə Standartının sertifikatına layiq görülüb. İlk dəfə "SAB" şirkəti tərəfindən «KXN» - Keyfiyyətlə Xüsusi Nəzarət sisteminin tədbiqindən sonra «SAB» ticarət nişanı Azərbaycanın ət və süd bazarının 50%-nı nəzarətə götürüb. Hazırda «SAB» MDB ölkələrində 60 çeşiddə ət, 50 çeşiddə isə süd məhsulları ilə uğurla Azərbaycanı təmsil edir.

İslamın bütün qaydalarına uyğun, halallıq prinsipləri ilə hazırlanan «SAB» ticarət nişanlı məhsulların keyfiyyətinə Qafqaz Müsəlmanları İdarəsi təminat verir.

Daha sonra keçirilən seminarda qeyd olunub ki, şirkətinin istehsal etdiyi halal qidalar İslam fiqhinə əsasən, qida maddəsi və ya onun qatqı maddələri, müsəlmanlara halal olmayan heyvanların və ya İslam qaydalarına görə kəsilməmiş heyvanların hər hansı birləşmə və məhsulunu əhatə etmir.

Belə ki, zavodda istehsal olunan bütün məhsullar İslam dinin qayda qanunlarına uyğun olaraq həyata keçirilir. İstənilən şəxs gəlib zavodda istehsal olunan məhsullarla daha da yaxından tanış ola bilər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Fevral, 2016  14:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!