إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İ.İbrahimi:"İranla Azərbaycan arasında mövcud ortaq xüsusiyyətlər dünyanın heç bir yerində yoxdur

İran-Azərbaycan münasibətləri iki bədəndə bir ruh kimidir - İranın inkişafı Azərbaycanın inkişafı deməkdir

Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, bunu İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi deyib.

Onun sözlərinə görə, hər iki ölkənin rəhbərliyi bu münasibətlərin inkişafı üçü çalışır: "İranla Azərbaycan arasında mövcud ortaq xüsusiyyətlər dünyanın heç bir yerində yoxdur. Xalqlarımız əsrlər boyu bir yerdə yaşayıblar. Bu gün siyasi, iqtisadi, mədəni əlaqələrimiz günü-gündən inkişaf edir. Azərbaycanlı jurnalistlərin dəfələrlə İrana səfərləri təşkil olunub. Bu, ölkələrin bir-birini daha da yaxından tanımasına imkan verir. Hər iki ölkədə qarşılıqlı mədəniyyət həftələri keçirilir. Bu il Azərbaycanda multikulturalizm ili elan olunub. İranla Azərbaycan regionun sabit ölkələridir. Bu da multikulturalizm sayəsində mümkün olub".

İ. İbrahimi İranın son 37 ildə dünyanın böyük ölkələri tərəfindən təzyiqlərə məruz qaldığını deyib. Bununla belə İranın dünyaya göndərdiyi mesaj sülh mesajıdır: "Bütün ölkələrin nüvə texnologiyasından sülh məqsədi üçün istifadə etməyə haqqı var. İran öz alimlərinin sayəsində bu işlə məşğul olur. Əslində bu sanksiyaları həmin ölkələr İrana deyil, özlərinə qarşı qoymuşdular. İranın 20 gün əvvəlki müvəffəqiyyətindən sonra bütün Qərb ölkələri İrana gəlmək üçün sıraya düzülüblər, gəlib danışıqlar aparırlar. İranın inkişafı Azərbaycanın inkişafıdır. İran da Azərbaycanın inkişafını öz inkişafı bilir. Bizim ortaq mədəniyyətimiz var. Azərbaycanda iranlı və İranda azərbaycanlı mədəniyyət xadimlərinə böyük hörmət var. Siz Şəhriyarı öz şairiniz bilirsiniz, biz də Füzulini öz şairimiz bili

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Fevral, 2016  13:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!