|
|
Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü qeyd olunub(Foto)Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü qeyd olunub.
Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) məsul işçiləri və ictimaiyyətin nümayəndələri rayonun Əliabad kəndində yerləşən ata ocağında Milli Qəhrəmanın evini ziyarət edərək ailəsi ilə görüşüblər.
Biləsuvar RİH başçısının birinci müavini Xanlar Məmmədov Milli Qəhrəman Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi uğrunda göstərdiyi şücaətdən danışıb. Qeyd olunub ki, Mübarizin qəhrəmanlığı nəinki Azərbaycanda, bütün dünyada böyük əks-səda doğurub.
Bildirilib ki, hər bir azərbaycanlı Milli Qəhrəmanın zəngin həyat yolu ilə fəxr edir. Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə Azərbaycan prezidentinin sərəncamı ilə Mübariz İbrahimova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Prezidentin digər bir sərəncamı ilə Mübariz İbrahimovun xatirəsi əbədiləşdirilib, Biləsuvar şəhərindəki Lisey-Məktəb Kompleksi, eyni zamanda Biləsuvar rayonunun mərkəzi küçələrindən biri onun adını daşıyır.
Tədbirdə səslənən çıxışlarda bu gün hər bir gəncin Mübariz qəhrəmanlığından örnək aldığı, nümunə götürdüyü qeyd olunub.
Milli Qəhrəmanın atası Ağakərim İbrahimov onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına təşəkkürünü çatdırıb. Sonda tədbir iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova məxsus müxtəlif şəkillər, haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət guşə ilə tanış olublar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Fevral, 2016 12:32 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |