|
Ağdam rayon Xındırıstan kənd məscidi dini icmasında maarifləndirici tədbir keçirilibDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ağdam rayon Xındırıstan kənd məscidi dini icmasında “Qəhrəmanlar unudulmur!” adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşları Vüqar Kərimov, Cavid Məlikzadə, Xındırıstan kənd məsçidi dini icmasının sədri Barat Bağırov, Ağdam RİH-nin humanitar məsələlər üzrə şöbə müdirinin müavini Mehman Mustafayev, şəhid ailələri, icma üzvləri, dindarlar və ziyalılardan ibarət 50 nəfər iştirak ediblər. Ağdam RİH-nin humanitar məsələlər üzrə şöbə müdirinin müavini Mehman Mustafayev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Kərimov çıxış edərək Qarabağın qəhrəmanlıq tarixindən bəhs edərək bu cür tədbirlərin keçirilməsinin gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasına müsbət təsir edəcəyini bildiriblər. Daha sonra icma üzvü Cəmaləddin Əzimov, Əhmədağalı kənd Mədəniyyət evinin müdiri Siyavuş Şükürov, kənd məktəbinin müəllimi Seymur İmanov, kənd ağsaqqalı Bakir Zeynalov və axundun müavini Mehman Nəsirov bu cür tədbirlərin əhəmiyyətindən, dövlətin dinə qayğısından danışaraq, maarifləndirici tədbirlərin davam etdirilməsinin vacibliyini qeyd ediblər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Fevral, 2016 12:17 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |