|
|
Məscidlərdə müşahidə kameraları quraşdırılacaqYaxın vaxtlarda ölkədəki məscidlərdə müşahidə kameralarının quraşdırılmasına başlanılacaq. Ahlibeyt.az-ın məlumatına görə, bunu Azərtac-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Salahlı deyib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır. S.Salahlı məscidlərdə kameraların quraşdırılmasının əsas məqsədinin ora gələn insanların təhlükəsizliyini təmin etmək, xoşagəlməz və qanuna-zidd hərəkətlərin qarşısını almaq olduğunu bildirib. Dövlət Komitəsi sədrinin müavini qeyd edib ki, kameraların quraşdırılması hər hansı hadisəni törədən şəxsin kimliyini dərhal aydınlaşdırmağa imkan verəcək. Bir sözlə, bu proses insanların rahatlığına, cəmiyyətin sabitliyinə yardım edəcək. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Fevral, 2016 12:01 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür |
Xəbər lenti
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |