|
|
"Heydər" məscidi nəzdində mədrəsə yaradılacaq"Heydər" Məscid-Kompleksinin nəzdində mədrəsə yaradılacaq - Hazırda bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə danışıqlar aparılır Ahlibeyt.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında "Heydər" Məscid-Kompleks İdarəsinin sədri Hacı Sabir Həsənli bildirib. Onun sözlərinə görə, hazırda mədrəsənin təsis edilməsi istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə danışıqlar aparılır: "Məscidin nəzdində mədrəsənin yaradılması bir ideayadır və hazırda bununla bağlı Dini Qurumlarlarla İş üzrə Dövlət Komitəsi ilə danışıqlar aparılır. Mədrəsə Təhsil Nazirliyinin lisenziyası əsasında, orta-ixtisas dini tədris müəssisəsi kimi fəaliyyət göstərəcək. Orta məktəblərin IX və ya XI siniflərini bitirənlər mədrəsəyə qəbul oluna biləcəklər". S.Həsənli bildirib ki, mədrəsədə yalnız dini təhsil verilməyəcək, dünyəvi elmlər də öyrədiləcək. İdarə sədri vurğulayıb ki, mədrəsəni bitirən məzunlara diplomlar Təhsil Nazirliyi tərəfindən veriləcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Fevral, 2016 12:05 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |