|
|
Azərbaycan dilinin informasiya bazası yaradılacaqAzərbaycan dili ilə bağlı elektron məlumatlar sistemi demək olar ki, “yox” dərəcəsindədir. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli deyib. Onun sözlərinə görə, Azərbaycan dilinin informasiya bazası “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na əsasən yaradılır. B.Məhərrəmli qeyd edib ki, virtual məkanda Azərbaycan dili ilə bağlı məlumatlar digər dillərlə müqayisədə çox azdır: "Buna görə də Azərbaycan dilinin qrammatikası ilə bağlı məlumatların, lüğətlərin, ümumilikdə dillə bağlı bütün elmi materialların bazara yerləşdirilməsi, istənilən bir şəxsin, hətta xarici vətəndaşların da ondan istifadə edə bilməsi üçün imkanlarının yaradılması nəzərdə tutulur. Azərbaycan dili ilə bağlı elektron məlumatlar sistemi demək olar ki, “yox” dərəcəsindədir. Buna görə də bu sistemi müvafiq qurumlarla birlikdə işləyərək yaratmaq, lüğətlərin, məlumatların elektron variantlarda yayılmasını təmin etmək istəyirik”. B.Məhərrəmli bildirib ki, informasiya bazasının yaradılması ilə bağlı layihə artıq Azərbaycan Respublikasının Prezidenti yanında Eımin İnkişafı Fonduna təqdim edilib. Hazırda layihə ekspertiza mərhələsindədir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Fevral, 2016 09:37 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |