|
Azərbaycanda məscidlərin problemi - Qaz pulunu kim ödəməlidir?Bir neçə gün öncə sosial şəbəkələrdə Saatlı rayonun Qıraqlı kəndində məscidə qaz sayğacı qoyulması, ödənişin isə əhali tərəfindən tələb olunması barədə məlumat yayılmışdı. Bundan sonra istifadəçilər dini məbədlərin kommunal xərcləri ilə bağlı müzakirələrə başladı. Ahlibeyt.az-ın məlumatına görə,Qafqazinfo.az məsələyə aydınlıq gətirmək üçün mövzunu araşdırıb. Azərbaycanda məscidlərin və digər dini məbədlərin ehtiyacları hansı qaydada ödənir?Dövlət bu prosesdə nə qədər rol oynayır? Bu suallara aydınlıq gətirmək üçün ictimaiyyət və dövlət nümayəndələrindən məlumat aldıq. Elə Saatlı rayonunun Qıraqlı kındinin icra nümayəndəsi Muxtar Qafarov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, kənd məscidinə yaxın günlərdə qaz çəkilib: “Məscidə qanuna uyğun olaraq qaz sayğacı da quraşdırılıb. Lakin əhali və ya məscid icması buna görə ödəniş etməyəcək. Qazın limitlə pulsuz istifasinə icazə verilib. Bu limit də məscidə tam bəs edir”. “Azərqaz”ın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi İbrahim Kərbəlayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ölkədəki ibadətgahlara təbii qaz müəyyən bir limitə qədər pulsuz verilir: “Respublika ərazisində 341 dini ibadət yerini “Azəriqaz” qazla təmin edir. Hər bir ibadətgaha 5 min kubmetr həmcdə limit verilir. Bu limitə qədər istifadə olunan qaza görə ödəniş edilmir. Bu dövlət tərəfindən pulsuz verilir. Lakin 5 min kubmetrdən çox istifadə edildikdə bu məscid, daha dəqiq desək həmin məscid üzərində qeydiyyatdan keçən dini cima tərəfindən ödənilir. Bu formal qaydadır. Amma praktikada görünür ki, onsuz da məscidlərə bu limit bəs edir. Bu limit hər bir dini məbədlərə eyni qaydada verilir, burada məscid, kilsə və ya sinaqoqlara fərq qoyulmur”. Qafqaz Müsəlmanları İdarəsinın səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli “Qafqazinfo”ya açıqlamasında tarixdən məscidlərin ehtiyaclarının necə təmin olunmasını açıqlayıb: “Məscidlərin işıqladırılması ilə bağlı qədimdə bir ənənə olub. İnsanlar buna görə məscidlərə şam verərlərmiş. İndi də bu adət fərqli formada qalıb. Əlsində niyyət edib şam yandırmaq dini nöqteyi nəzərdən düzgün deyil. İslamda belə bir ənənə yoxdur. Məscidlər şamla işıqlandırılarmış və insanlar məscidə gələrək şam yandırıb qoyarlarmış. Ümumiyyətlə, məscidlərin ehtiyacları həmişə insanların hesabına təmin olunub. İndi də məscidlər insanların könüllü olaraq verdiyi ianələr hesabına saxlanılır”. Məşədi-Dadaş məscidinin imamı olan Hacı Şahin Həsənli bildirib ki, Azərbaycanda qeydiyyat keçən dini icmalara dövlət tərəfindən pulsuz qaz verilir və Dini Komitə də mütəmadi nolaraq yardımlar edir: “Son illərdə prezidentin sərəncamı ilə məscidlər pulsuz qazlaşdırılır. Bizim məscidin də icması qeydiyyatdan keçdiyi üçün pulsuz qazla təmin olunub. Dövlət hesabına dini məbədlərin qazlaşdırılması dünyada nadir hadisədir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də dini icmalara dəstək verir. Təbii qazdan istifadə üçün verilən 5 min kubmetr limit artıqlaması ilə bəs edir. Hətta o limitə çatmır heç. Qazla pulsuz təmin etmə yalnız İslam təmayüllü icmalarda deyil, digər dinlərə məxsus məbədlərə də şamil olunub. Elektrik və su istifadəsinə görə ödənişlər isə məscidə gələn insanların verdiyi ianələr hesabına ödənilir”. Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq 96 dini icmaya maliyyə yardımı ayrılıb. Bunlardan 19-u qeyri-islam, 77-i isə İslam dini icmasıdır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Yanvar, 2016 15:35 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |