|
|
Kadırov:"Qroznıda yaradılacaq İslam bankı bölgə üçün böyük əhəmiyyət kəsb edəcək" Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznıda İslam bankının yaradılması planının müzakirə olunduğunu bildirib.
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, Kadırov “İnstaqram” səhifəsində qeyd olunan məsələnin Birləşmiş Ərəb Əmirliklərinin MAZKORP şirkətinin nümayəndələri ilə müzakirə etdiyini bildirib.
Onun sözlərinə görə, məsələnin ilkin müzakirəsi aparılıb, tərəflər layihənin reallaşdırılmasına dair razılığa gəliblər.
Kadırov İslam bankının yaradılmasının bölgə üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib, “çünki respublikada BƏƏ kapitalının iştirakı ilə iri obyektlərin tikintisi həyata keçirilir”. İslam bankının olmaması bu işləri əngəlləşdirir.
Qeyd edək ki, noyabrda Dövlət Dumasında İslam bankının yaradılması təklifi irəli sürülmüşdü.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Yanvar, 2016 12:02 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |